Sabirabadda bir ailənin 4 üzvü qidadan zəhərlənib, 11 yaşlı uşaq ölüb
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənərək ölüb
BAKU.WS apa-ya istinadən xəbər verir ki, ötən gecə qida zəhərlənməsi şübhəsi ilə Sabirabad rayonunun Saraxanbəyli kənd sakinləri - bir ailənin 4 üzvü Şirvan xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edib.
Mədələri yuyulandan sonra evə buraxılan ailə üzvlərindən 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun halı pisləşdiyindən yenidən xəstəxanaya çatdırlıb. Xəstəxanadan bildirildiyinə görə, bu gün saaat 15 radələrində yenidən xəstəxanaya çatdırılan azyaşlının artıq həkiməqədər ölümü qeydə alınıb.
İlkin məlumata görə, ailənin zəhərlənməsinə səbəb konservləşdirlmiş tərəvəz məhsulu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qəbiristanlıqda ölülərin qızıl dişləri oğurlandı
Vəfat etmiş insanların qızıl dişlərini sökməkdə təqsirləndirilən şəxs barəsində məhkəmə hökmü elan edilib. BAKU.WS Qaynarinfo.az-a istinadla xəbər verir ki, Yas...