Qubada məktəblini zorlamaqda şübhəli bilinən yeniyetmə SAXLANILIB
Quba rayonunun Xucbala kənd Zöhrab Əkbərov adına tam orta məktəbində birinci sinif şagirdini zorlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov məlumat verib.
O bildirib ki, Quba rayonunda azyaşlının hüquqazidd hərəkətlərə məruz qalması ilə bağlı daxil olmuş məlumat Rayon Polis Şöbəsində araşdırılıb:
"Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən bir yeniyetmənin şəxsiyyəti müəyyən edilərək saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub və araşdırma davam etdirilir.
Şübhəli şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib".
Oxşar xəbərlər
Naxçıvanda AİLƏ FACİƏSİ: Oğlunun ölüm xəbərini alan ananın ürəyi dayandı
Ordubad rayonunun Vənənd kəndində ailə faciəsi yaşanıb. Kənd sakini 29 yaşlı Elvar Babayev səhhətinin qəfil pisləşməsi nəticəsində dünyasını dəyişib. BAKU.WS xə...