Ordumuzun hərbçiləri dumanlı hava şəraitində qar uçqununa düşüblər

Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Ruslan Rüstəm oğlu Həmidov və əsgər Əli Tariyel oğlu İmanov dumanlı hava şəraitində qar uçqununa düşüblər.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin birgə məlumat yayıb.
Hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal zəruri axtarış tədbirlərinə başlanılıb.
Axtarış-xilasetmə tədbirlərinə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin qüvvə, vasitə və xüsusi texnikaları cəlb ediliblər.
Axtarışın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Ağcabədidə bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Sentyabrın 5-də saat 19 radələrində Ağcabədi rayonunun Pərioğlular kəndi ərazisində 16 yaşlı Fidan Mamedovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə pol...
