Nöqsanlar aşkarlanan su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı
Bakı şəhəri, H.Mirzəyev 1069 ünvanında yerləşən, fiziki şəxs Namik Səlim oğlu Yusifova məxsus qablaşdırılmış su emalı müəssisəsində keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar müəyyən olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat yayılıb.
Bildirilib ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal zamanı texnoloji ardıcıllıq prinsipinin pozulduğu, qablaşdırma materiallarının yuyulması prosesinin kustar üsulla həyata keçirildiyi, 19 litrlik "Xanbulaq" əmtəə nişanlı suların qablaşdırılmasında istehsal tarixinin qeyd edilmədiyi aşkarlanıb.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti dayandırılıb.
Qalereya
Oxşar xəbərlər
Dostunu əvvəlcə çayxanada döydü, sonra məhkəmədən çıxıb bıçaqladı
Goranboyda dostunu döyəndən sonra bıçaqlayan şəxsə hökm oxunub. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində 30 yaşlı gənci bıç...