Nərminin qətli ilə bağlı tükürpədən YENİ DETALLAR: Qatil hadisəni kameraya çəkib

10 yaşlı Nərmini öldürməkdə təqsirli bilinən İlkin Süleymanov Bakıya gətirilib.
BAKU.WS "news24.az"a istinadən xəbər verir ki, onun işi Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verilib.
Dindirilmə zamanı Nərmini necə saxladığını və ona nələr etdiyini açıqlayıb. Müəyyən edilib ki, Nərminin günlərdir saxlanıldığı yer natəmiz və soyuq olub.
İstintaq zamanı Nərmini yandırdığı benzin qabı aşkar edilib. Məlum olub ki, benzinin hamısı istifadə edilməyib. Ölüm səbəbi isə başının arxasından aldığı daş zərbəsi ilə olub. Sonda isə yandırılıb. Yandırılarkən də videoya çəkilib.
O da məlum olub ki, əlbir olduğu deyilən polis əmisi oğlu İlkinin divar qonşusudur.
Xatırladaq ki, hadisə noyabrın 21-i gecə saatlarında baş verib. Axşam saatlarında qonşuluqdakı toya hazırlıq gedib. Babası ondan evə gedib gödəkcəsini gətirməsini istəyib. Bundan sonra ondan heç bir xəbər alınmayıb.
Oxşar xəbərlər
Nərminin qatili hər gün Xoşqədəmin verilişini izləyib, ondan şübhələnmədiklərinə əmin olub
İstintaq 10 yaşlı Nərmin Quliyevanın vəhşicəsinə qətlə yetirilməsinin bütün detallarını müəyyən edib. Faktla bağlı saxlanılan Quliyevlərin 47 yaşlı qonşusu İlki...
