Nərmini öldürən İlkinlə bağlı ŞOK FAKTLAR
Tovuz rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən 47 yaşlı İlkin Süleymanovun cinayəti törətdiyini müəyyənləşdirib.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.az-a hüquq-mühafizə orqanlarından bildirilib.
Əvvəlcə bildirildi ki, İlkin Nərminin yandırılmış bədənini ilk görən şəxs olub. 10 yanvar tarixində kişi etdiklərini etiraf edib.
Qeyd edək ki, İ.Suleymanov subaydır və ali təhsillidir. O, 3 dil (Azərbaycan, rus və ingilis) bilir. İlkin Rusiyada oxuyub və işləyib. Son illərdə valideynləri ilə yaşayırdı.
İ.Suleymanov Şərif Quliyevin (Nərminin atası) evindən 500 metr məsafədə yaşayırmış.
Bildirilir ki, bütün bu vaxt ərzində İlkin Nərmini kəndin ərazisində ailəsinə məxsus evdə gizlədirdi. İlkin törətdiyi əməllərin hamısını polisə detalları ilə nümayiş etdirib.
Fakt üzrə araşdırma davam etdirilir.
Oxşar xəbərlər
Nərminin cinayətinə görə saxlanılan şəxsin kimliyi bilinib - YENİLƏNİB
Tovuz rayonunun Dondar Quşçu kəndində xüsusi amansızlıqla qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın əmisi Lətif Quliyev azyaşlının qətli ilə bağlı saxlanıldığ...