Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komandir hazırlığı məşğələsi keçirildi - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə növbəti komandir hazırlığı məşğələsi keçirilib.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, komandir hazırlığında bölmələrdə “Günün nizam qaydaları”na uyğun tədbirlərin icra olunması üzrə keçirilən məşğələdə şəxsi heyət qarşıya qoyulan tapşırıqları icra edib.
Məşğələ zamanı “Vətən müharibəsinin nəticələrinin Hərbi Hava Qüvvələri baxımından təhlili” mövzusunda dərs keçirilib.
Komandir hazırlığının sonunda zabitlərin hərbi topoqrafiyadan nəzəri bilikləri və fiziki hazırlığı yoxlanılıb.
Əlahiddə Ümumqoşun OrdununTəlim-Tədris Mərkzində keçirilən yekunda bildirilib ki, hərbi hissə komandirləri və müavinləri komandir hazırlığında yüksək nəticə göstəriblər.
Oxşar xəbərlər
Zakir Həsənov: "Prezident vəzifə qoyub ki, gecə-gündüz təlimlər keçirək..." (VİDEO)
Azərbaycan ordusunun cəbhədə iyunun 19-dan başlayan genişmiqyaslı təlimləri davam edir. Müdafiə naziri Zakir Həsənovun rəhbərlik etdiyi təlimlərə 25 min şəxsi...