Nardarandakı uşaqlardan yaşlarından böyük “moizə” (VİDEO)
Nardaran hadisələri ilə bağlı 7-8 yaşlı uşaqların başlarından və yaşlarından böyük çıxışları sosial şəbəkələrdə dünəndən müzakirələrə səbəb olub.
BAKU.WS xəbər verir ki, video femida.az saytına məxsusdur. Nardaranda yaşayan bu uşaqlar məktəbə getmir, əllərindəki "lomlar"la aksiyaya qoşulublar. Bəlkə, hər şey əllərindəki o taxta parçası ilə bitsəydi narahatlığa az səbəb olardı və onlar danışmağa başlayır...
Belə kadrları biz adətən Suriyada, İŞİD-ə qoşulan uşaqları dinləyərkən izləmişik. Yox, bura nə Suriyadır, nə də İraq. Düz eşitdiniz, elə evimizin bir-iki addımlığında yerləşən Nardarandır.
Bu balaca fidanları siz də izləyin, amma uşaqlarınıza icazə verməyin.
BAKU.WS
Oxşar xəbərlər
Sosial şəbəkələrdə yayılan bu video çox müzakirə olundu (VİDEO)
Aramsız yağışlar nəticəsində Hindistanı su basıb. BAKU.WS-in məlumatına görə, su qısa zaman ərzində Hindistanın bütün yollarını basıb. Bu zaman bir kişi arvad...