Məktəbdə 11-ci sinif şagirdi döyüldü: "Yerdə qanın içində idi"
Tərtərin Seyidimli kənd məktəbində 11-ci sinif şagirdi döyülüb.
Zərərçəkən məktəblinin yaxınlarının sözlərinə görə yeniyetməyə bir müddət əvvəl mübahisə etdiyi şagirdin atası xəsarət yetirib.
"Atam gəldi məktəbə, qardaşımın başına, hər tərəfinə zərbələr endirdi. Qardaşım yerdə qanın içində idi", - deyə döyülən şagirdin bacısı bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qeyd olunan məsələ ilə bağlı oktyabrın 13-də Tərtər Rayon Polis Şöbəsinə məlumat daxil olub. Faktla bağlı tərəflərin izahları alınıb və müvafiq ekspertiza tətbiq olunub. Hazırda rayon polis şöbəsinin tədqiqat bölməsində araşdırma davam etdirilir.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Qadını gəlini və qardaşı yastıqla boğaraq öldürüblər - Biləsuvardakı qətlin TƏFƏRRÜATI
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Biləsuvarda törədilən dəhşətli qətllə bağlı birgə məlumat yayıb. BAKU.WS xəbər verir ki, həyata keçirilmiş çoxsaylı is...