Ələt-Astara yolunda daha bir TIR aşdı (VİDEO)
17
yan
2019
21:13
Ələt-Astara yolunda daha bir TIR aşıb. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, Türkiyə dövlət nömrə nişanlı yük maşını dəmir arakəsmələrin üzərinə aşıb. Hadisə şahidləri bildirirlər ki, həmin ərazi yolun ən çox külək tutan yeri olduğundan bu hadisələr məhz orada baş verib. Xatırladaq ki, bir qədər əvvəl Bakıdan Qobustan istiqaməti ilə hərəkət edən digər bir TIR-ı da güclü külək dəmir arakəsmələrin üzərinə aşırıb. Nəticədə, yük maşınının sürücüsü Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü İrkam Şamil xəsarət alıb. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib. Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir. BAKU.WS
Oxşar xəbərlər
ETSN-nin proqnozu özünü doğrultdu: Təhlükəli siklon artıq Azərbaycandadır
“Dünəndən gözlənilən siklon artıq Azərbaycandadır. Hazırda küləyin sürəti güclüdür. Ehtimal var ki, axşama doğru bir qədər də güclənə bilər”.BAKU.WS xəbər verir...