Kürdəmirdə ata oğlunu qətlə yetirib

12
iyl
2020
11:22
Kürdəmirdə qətl hadisəsi törədilib.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə Xırdapay kəndində qeydə alınıb.
Kənd sakini, 61 yaşlı Şəmiyev Məzahir Heybət oğlu aralarında yaranan ailə münaqişəsi zəminində oğlu, 35 yaşlı Şəmiyev Elkəni ov tüfəngi ilə vuraraq öldürüb.
Hadisə yerinə Kürdəmir rayonunun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, qətlə yetirilən Elkən Şəmiyev əvvəllər məhkumluq həyatı yaşayıb.
Oxşar xəbərlər
Azərbaycanda ana və oğlunu güllələyərək öldürən şəxs saxlanıldı - YENİLƏNİB
Ötən gün Şabranın Zeyvə kəndində ana və oğlunu ov tüfəngi ilə güllələyərək öldürən şəxs saxlanılıb. BAKU.WS APA-ya istinadla xəbər verir ki, qətli törətdikdən s...