Komandirin "əhalini vur" əmrinə qarşı çıxan əsgər intihar etdi (ŞOK TƏFƏRRÜAT)
Türkiyədə çevrilişə cəhd edən əsgərlərdən Ferhat Taş komandirinin vətəndaşlara atəş açması əmrinə tabe olmayaraq intihar edib.
BAKU.WS-in məlumatına görə, əsgərin qohumu Kaya Aydın dünyasını dəyişən 25 yaşındakı Ferhat Taşın ətrafındakılar tərəfindən çox sevilən biri olduğunu və pis insan olmadığını bildirib.
Taşın əsgər olmağı şəxsən istədiyini deyən qohumu, hərbçinin 3 ay idi ki, orduda xidmət etdiyini bildirib. Kaya Aydın Ferhatın qəhrəmancasına şəhid olduğunu vurğulayıb:
"Təlim adı ilə onları küçələrə çıxarıblar. Komandiri vətəndaşlara atəş açmasını söyləyib. O da bunu edə bilməyəcəyini bildirib. Sonra komandir silahı ona doğru çevirib və "Səni vuraram" deyib. Əsgər də "Sənin silahındakı güllə ilə ölməkdənsə, öz silahımın gülləsiylə ölərəm" deyib. Vətəndaşlara atəş açmayan Ferhat silahı ilə özünü başından vurub".
Qeyd edək ki, qəhrəman əsgərin cənazəsi Kahramanmaraşa aparılıb və orada dəfn edilib.
BAKU.WS
Oxşar xəbərlər
Türkiyənin baş naziri acı gerçəyi açıqladı
Türkiyədə dövlət çevrilişinə cəhd zamanı 161 nəfər həlak olub. BAKU.WS-in məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım keçirdiyi mətbuat konfran...