Kəmaləddin Heydərov Novruz bayramı ilə bağlı əmr verdi

18
mar
2019
18:50
Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.Nazirin bununla bağlı imzaladığı əmrə əsasən, Novruz bayramı günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi,bayram şənliklərinin təşkil olunduğu və insanların kütləvi toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi,onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.BAKU.WSOxşar xəbərlər
Kəmaləddin Heydərov ona yeni vəzifə verdi
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yeni mətbuat katibi təyin edib.BAKU.WS Unikal.org-a istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə, Yahya Babanl...
