İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi - TƏFƏRRÜAT

İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi - TƏFƏRRÜAT
Video
Hadisə 244

Aptekə dərman almağa gedən qadın hadisə yerində vəfat edib.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda, Qara Qarayev prospektində yerləşən apteklərin birində baş verib.

Məlum olub ki, ürəktutmasından vəfat edən qadın 64 yaşlı Zenfira Məmmədova şəkər və təyziqdən əziyyət çəkirmiş, mütəmadi olaraq müalicə alırmış.

Hadisə baş verdikdən dərhal sonra ünvana polis və prokurorluq orqanları gəlib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə ilə bağlı ölüm qeydə alındığından təcili və təxirəsalınmaz tibbi yardım mərkəzinə müraciət qeydə alınmayıb.

Hazırda faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Ətraflı süjetdə:

Oxşar xəbərlər

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

Bakı şəhərinin Xəzər rayonundakı Buzovna çimərliyində kanalizasiya suları birbaşa dənizə axıdılır. Bu da ora dincəlməyə üz tutan insanların sağlamlığı üçün cidd...

165 Hadisə 21:30 06 iyul 2025

Son xəbərlər