İmişlidə həmkəndlisini qətlə yetirməkdə ittiham edilən tələbəyə hökm oxunub
İmişlidə həmkəndlisini öldürməkdə təqsirləndirilən Fərid Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Fərid Allahverdiyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il yanvar ayında İmişlidə baş verib. Təqsirləndirilən Fərid Allahverdiyev həmkəndlisi Vüsal Allahverdiyevi atasını təhqir etdiyini əsas gətirərək kafedə bıçaqlayıb. Vüsal Allahverdiyev xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.
F.Allahverdiyevə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. O, Lənkəran Dövlət Universitetinin tələbəsi olub.
Oxşar xəbərlər
Ağstafada avtoqəza olub, xəsarət alanlar var
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Köçvəlli kəndidə qeydə alınıb. Belə ki, "Ford" tranzit ma...