7 maşının toqquşduğu qəzada vətəndaşların VƏZİYYƏTİ AÇIQLANDI

7 maşının toqquşduğu qəzada vətəndaşların VƏZİYYƏTİ AÇIQLANDI
Video
Hadisə 913

09.06.2026-cı il tarixində saat 12:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisindən çağırış qeydə alınıb.

TƏBİB-dən BAKU.WS-ə bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Şahanə Xankişiyeva

***

Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsinin detalları açıqlanıb.

BAKU.WS xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, qəza nəticəsində ümumilikdə yeddi avtomobil toqquşub.

Onun sözlərinə görə, hadisə zamanı üç nəfər xəsarət alıb. Hadisə ilə bağlı araşdırma aparılır:

"İyunun 9-u saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 99-NQ-646 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtobus, 90-MN-355 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı minik avtomobili, 99-FY-794 dövlət nömrə nişanlı "Ford" markalı nəqliyyat vasitəsi, 77-BU-120 dövlət nömrə nişanlı "Mercedes Sprinter" markalı nəqliyyat vasitəsi, 88-BM-460 dövlət nömrə nişanlı "Chevrolet" markalı avtomobil, 90-BV-008 dövlət nömrə nişanlı "Changan" markalı avtomobil, 90-RA-349 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobil toqquşub. Qəza nəticəsində 90-MN-355 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı minik avtomobilinin sürücüsü Məhəmməd Mübariz oğlu Zeynalov, həmin nəqliyyat vasitəsindəki sərnişin Elçin Vaqif oğlu Sultanəliyev, 77-BU-120 dövlət nömrə nişanlı "Mercedes Sprinter" markalı nəqliyyat vasitəsinin sürücüsü Vüqar Eyvaz oğlu Abdullayev xəsarət alıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır".

***13:55

Yeni Günəşli ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, məlumata görə, "Viano" markalı minik avtomobili, "Ford" markalı nəqliyyat vasitəsi, Mercedes markalı minik avtomoili və bir sərnişin avtobusu toqquşub.

Hadisənin "Qaynar xətt"ə göndərilən görüntülərində qəzanın baş verdiyi əks olunub.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Şahanə Xankişiyeva

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər