Göyçayda ağır qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb

Göyçayda ağır qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb
Foto
Hadisə 114

TƏBİB Göyçayda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Qurumdan BAKU.WS-ə bildirilib ki, rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər (1 kişi, 1 qadın) 23.08.2026-cı il tarixində saat 02:30 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda 1 nəfərin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndilir. Bir nəfər isə öz istəyilə Ucar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub", - deyə məlumatda qeyd olunub.

***10:18

Göyçayda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan dörd nəfərdən ikisi həyatını itirib.

BAKU.WS "Report"a istinadən bildirir ki, həkimlərin müdaxiləsinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

***09:20

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun rayonun Bığır kəndindən keçən hissəsində baş veriib.

İlkin məlumata görə, "Kia" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Zərbənin təsirindən yaralılar avtomobillərdə sıxılı vəziyyətdə qalıb. Onlar ətrafdakı insanların köməyi ilə avtomobillərdən çıxarılıb.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər