Göyçayda kişi ögey qızına təcavüz edib? - Polis araşdırmalara BAŞLADI
31
mar
2025
21:51
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçay rayonunda bir kişinin ögey qızına qarşı zorakılıq etməsi barədə məlumat yayılıb.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, rayon ərazisində 2009-cu il təvəllüdlü qız ögey atasının zorakılığına məruz qalıb. Bununla bağlı yetkinlik yaşına çatmayan qız polisə müraciət edib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, müraciət əsasında qeyd olan məsələ ilə bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
Nəticəsi barədə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Yevlaxda yol qəzasında iki nəfər ölüb
Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 27-də rayonun Qaraoğlan...