Gəncədə zəncirvari qəza - VİDEO

17
fev
2020
10:05
Gəncədə zəncirvari qəza qeydə alınıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin H.Əliyev prospektində baş verib.
“VAZ-21014” markalı avtomobil hərəkətdə olarkən yol kənarında dayanan "VAZ-2107" markalı avtomobillə, daha sonra isə "Mercedes"lə toqquşub.
Sürücü daha sonra hadisə yerindən qaçıb. Bir müddət sonra isə geri dönüb.
Qəzada xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Gəncədə 5 maşının iştirakı ilə zəncirvari qəza olub - VIDEO/FOTO
Gəncə şəhərində zəncirvari qəza baş verib. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Hadisə zamanı 5...