Gəncədə və Tovuzda itkin düşən qızlar tapılıb - YENİLƏNİB

Gəncə şəhərində və Tovuz rayonunda itkin düşən məktəblilər tapılıb.
BAKU.WS Reporta-a istinadən xəbər verir ki, Gəncə şəhərində və Tovuz rayonunda itkin düşən hər iki məktəblinin yeri polis əməkdaşları tərəfindən müəyyən edilərək tapılıb.
Hər iki qız ailəsinə təhvil verilib.
***11:16
Gəncə və Tovuzda 14 yaşlı qızlar itkin düşüb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, Gəncə şəhəri Ş.İ.Xətai prospekti ev 115a mənzil 43-də yaşayan 2009-cu il təvəllüdlü Türkan Qurbanova yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.
Faktla bağlı Gəncə Şəhər Polis idarəsində araşdırma aparılır.
Digər hadisə isə Tovuzda baş verib. 2009-cu il təvəllüdlü, orta məktəb şagirdi Gülay Bayramova yaşadığı Tovuz rayonu Aşağı Quşçu kəndindəki evlərindən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
6 qadının öldüyü kənd: "Yeznəm qızlarının və arvadının ölümündən xəbərsizdi" (FOTO)
Biz Bağırovlar ailəsinin yaşadığı ünvana çatanda heç kəsin ayaq üstə dayanmağa taqəti qalmamışdı. Kimi həyətin hasarına söykənmişdi, kimi də taybatay açılmış da...
