Evlilik verilişində azərbaycanlı qızla evlənən şəxs başqasının arvadına görə yandırıldı (VİDEO)

Evlilik verilişində azərbaycanlı qızla evlənən şəxs başqasının arvadına görə yandırıldı (VİDEO)
Video
Hadisə 3237

 

Konyada boş bir ərazidə yanan avtomobildə başından tapançayla vurulmuş halda, yanmış kişi cəsədi tapılıb.

BAKU.WS-in məlumatına görə, cinayət hadisəsi 19 noyabr tarixində, gecə saatlarında baş verib. Yanan avtomobili görən sakinlər təcili yanğınsöndürənlərə xəbər verib. Alovların sönməsindən sonra araşdırma aparan polis sürücü kreslosunda yanmış bir adamın cansız bədəniylə qarşılaşıb.

39 yaşındakı Erdal Tursunu öldürdüyü iddiasıyla 31 yaşındakı dostu Mehmet Acar dindirilib. Məlum olub ki, Erdal Acarın həyat yoldaşı ilə münasibətdə olub. 

Öldürülən şəxs daha əvvəl televiziyalarda evləndirmə proqramına qatılıb. Erdal Tursun 2013-ci ildə qatıldığı bir evlilik proqramında azərbaycanlı Esmira Əsgərova adlı qadınla evlənib. Onlar sonradan kəbin kəsdirib. Son məlumata görə, Erdal sonradan həmin qadınla münasibətinə son qoyub. 

Nazim Babayev

BAKU.WS

Son xəbərlər