Eldəniz Vəliyev: "AFEN Plaza"dakı partlayışla bağlı "Azəriqaz"ın əməkdaşları boru xətlərini təftiş edirlər
Bakıda binada baş verən partlayışın səbəbləri ilə bağlı dəqiq cavab istintaqın yekununda bəlli olacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.
O bildirilib ki, İB-nin əməkdaşları hadisə yerindədirlər:
"Əməkdaşlar "Azəriqaz" məxsus boru xətlərinin təftişi ilə məşğuldurlar. Əraziyə qazın verilişi təmin olunmayıb. Ətrafda gedən boru xətlərində nasazlıq yaranması kimi iddialar səsləndirilir. Düşünürəm ki, bu kimi iddiaların səsləndirilməsi hələ tezdir. Hüquq-mühafizə orqanları araşdırma aparır və dəqiq cavab istintaqın yekununda bəlli olacaq".
Xatırladaq ki, noyabrın 24-də Bakının Nərimanov rayonu ərazisində yerləşən "AFEN Plaza"da partlayış baş verib. TƏBİB-in məlumatına görə beş nəfər hospitalizasiya olunub.
Oxşar xəbərlər
Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb
12 iyul 2026-cı il tarixində Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun meyi...