Cəlilabadda bazarla birlikdə 3 mərtəbəli restoran da yanıb - FOTO
Cəlilabad rayonunun Göytəpə şəhərində bazarla birgə 3 mərtəbəli restoran da yanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, ilkin ehtimala görə, yanğın əvvəlcə sahəsi 360 kvadratmetr olan 3 mərtəbəli restoranda qeydə alınıb. Nəticədə restoran tamamilə yanıb.
Sonra alov 700 kvadratmetr ərazisi olan bazara keçib. Nəticədə bazarın 300 kvadratmetri və 20-yə yaxın mağazası yanıb. Güclü yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.
Ümumilikdə hadisə yerində 10 yanğınsöndürən avtomobil (3 avtomobil Cəlilabad rayon yanğından mühafizə hissəsi, 2 avtomobil Göytəpə şəhər yanğından mühafizə bölməsi, 2 avtomobil Masallı rayon yanğından mühafizə hissəsi, 1 avtomobil Biləsuvar rayon yanğından mühafizə hissəsi, 1 avtomobil Salyan rayon yanğından mühafizə hissəsi və 1 avtomobil N saylı hərbi hissəyə məxsus avtomobil) və rayon icra hakimiyyətinin 1 su maşını çalışıb.
Yanğın zamanı zərər çəkən 2 nəfər hadisə yerində olan təcili tibbi yardıma müraciət edib.
Hazırda hadisənin baş vermə səbəblərini aydınlaşdırmaq üçün təhqiqata başlanılıb.
Oxşar xəbərlər
General-mayorun milyonluq mülkləri: Arvadının, qızının, oğlunun... - ŞOK SİYAHI
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlan Şıxəliyevin üzərinə həbs qoyulmuş əmlaklarının qiymətləndiril...