Bütün Rusiyada azərbaycanlının meyitini “Porsche”də gəzdirən şəxs axtarılır (VİDEO)

14
noy
2017
11:00
Rusiyada Azərbaycan vətəndaşının meyitini “Porsche” markalı avtomobildə gəzdirən şəxsi axtarır. BAKU.WS xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından lenta.ru saytına məlumat verilib. Bildirilir ki, hadisə Moskva ətrafında baş verib. Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, Novikova küçəsində yerləşən xəstəxanalardan birinin həyətinə yük yerinin qapısı açıq olan “Porsche” markalı avtomobil daxil olub. Sürücü dərhal maşından düşərək qaçıb. Daha sonra maşın sərnişinlər üçün nəzərdə tutulmuş oturacağında qanlar içində olan meyit aşkarlanıb. Hadisə yerinə gələn həkimlər onun öldüyünü bildiriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, öldürülən şəxs Azərbaycan vətəndaşıdır. Hazırda həmin avtomobildən qaçan şəxsin tapılması istiqamətində bütün ölkədə axtarışlar aparılır. BAKU.WS
Oxşar xəbərlər
SON DƏQİQƏ: Xırdalanda atışma, ölən var (YENİLƏNİB)
Abşeron rayonu Xırdalan şəhərində polis əməkdaşları ilə silahlı şəxslər arasında insident baş verib.APA-nın məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin Tağ...
