Bərdə sakinindən 3 kq tiryək aşkarlanıb
10
fev
2025
11:08
Bərdədə polisin keçirdiyi əməliyyat tədbiri zamanı 3 kiloqram tiryək aşkarlanıb
BAKU.WS xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ağaxan Sabirov saxlanılıb.
Onun yaşadığı ünvandan 3 kiloqramdan artıq tiryək aşkarlanıb. Həmin şəxs narkotikləri satış məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, A.Sabirov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Nazirlikdə vəzifə vədi ilə 64 minlik dələduzluq edənlərə HÖKM OXUNDU
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində yüksək vəzifəyə təyinat vədi ilə vətəndaşdan 64 min manatdan çox pul almaqda təqsirləndirilən iki nəfərin cin...