Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə XƏBƏRDARLIQ

"Yorğunluq və yuxusuzluq nəqliyyat vasitəsinin idarə olunmasında ciddi təhlükə yaradır. Uzun müddət istirahətsiz qalmaq sürücünün reaksiya müddətini gecikdirir, diqqətini yayındırır və qəzaların baş vermə riskini artırır".
BAKU.WS bildirir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində deyilir.
"Aparılan tədqiqatlar göstərir ki, uzun məsafə qət edən və ya gecə saatlarında hərəkət edən sürücülər arasında mikroyuxu halları daha çox qeydə alınır. Mikroyuxu zamanı insan bir neçə saniyə ərzində huşunu itirir və bu, nəqliyyat vasitəsinin idarəetmədən çıxmasına səbəb ola bilər. Yol hərəkəti təhlükəsizliyi baxımından bu, son dərəcə ciddi risk yaradır.
Bunun qarşısını almaq üçün sürücülərə aşağıdakı tövsiyələr edilir:
- Yola çıxmazdan əvvəl kifayət qədər yatmaq və istirahət etmək vacibdir;
- Özünüzü yorğun hiss edirsinizsə, avtomobili təhlükəsiz yerdə saxlayıb dincəlin;
- Uzun səfərlər zamanı hər iki-üç saatdan bir qısa fasilələr vermək tövsiyə olunur;
- Əgər yuxululuq hiss edirsinizsə, sükan arxasında qalmayın və nəqliyyat vasitəsini idarə etməyi dayandırın.
Unutmayın ki, yuxusuz halda avtomobil idarə etmək sərxoş vəziyyətdə sükan arxasında olmaq qədər təhlükəlidir! Hər bir sürücünü diqqətli və məsuliyyətli olmağa çağırırıq!" - deyə müraciətdə vurğulanır.
Oxşar xəbərlər
5 uşaq atası intihar etdi
İsmayıllı rayonunda intihar hadisəsi baş verib. BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 01 radələrində, rayonun İstisu kəndində qeyd...
