Bakıda sexdə yanğın olub

Bakıda sexdə yanğın olub
Hadisə 77

Bakının Nərimanov rayonunda yerləşən istehsalat sexinin elektrik sistemində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 1800 m² olan istehsalat sexində 1 ədəd elektrik tənzimləyicisi, 2 ədəd qoruyucu açar və 2 p.m elektrik kabeli yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Sex yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Oxşar xəbərlər

Bakıda sexdə yanğın: Xəsarət alan var

Bakıda sexdə yanğın: Xəsarət alan var

Bakı şəhərinin Nərimanov rayonunda sexdə yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, ümumi sahəsi 1000 m² olan mebel sexinin...

123 Hadisə 12:45 20 yanvar 2021

Son xəbərlər