Bakıda saxlanılan rusiyalılar anaları ilə görüşüblər

Bakıda saxlanılan rusiyalılar anaları ilə görüşüblər
Hadisə 194

Bakıda saxlanılan Rusiya vətəndaşları anaları ilə görüşüblər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "360.ru"ya məhbuslardan birinin bacısı Anastasiya Bezuqlaya məlumat verib.

Onun sözlərinə görə, bütün lazımi əşyaların köçürülməsi ilə bir neçə görüş təşkil olunub.

O bildirib ki, Rusiya vətəndaşlarının saxlanma şəraitindən şikayəti yoxdur, onların lazım olan hər şey var: "Konsul bir neçə dəfə uşaqlarla görüşüb və saxlanma şəraitinin yaxşı olduğunu deyib".

Anastasiya Bezuqlaya vurğulayıb ki, görüşləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva təşkil edib.

Oxşar xəbərlər

Füzulidə qanunsuz tikili sökülüb

Füzulidə qanunsuz tikili sökülüb

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilər...

14 Hadisə 11:08 07 fevral 2026

Son xəbərlər