Bakıda həkimə cinayət işi açıldı - SƏBƏB
Bakıda qadının ölümünə səbəb olmaqda təqsirləndirilən həkim-anestezioloq Babək Mahmudova cinayət işi başlanılıb.
BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, 29 yaşlı Aybəniz Almuradova bu ilin iyunun 11-də qadın liposaksiya əməliyyatı üçün "Reo-Med" klinikasına müraciət edib və iyulun 2-də ölüb.
Onun ölümü ilə bağlı Binəqədi rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində həkim-anestezioloq Babək Mahmudova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham verilib.
Babək Mahmudov barəsində aparılan cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb, ölən var
Salyan rayonunda bıçaqlanan iki nəfərin vəziyyəti ağırdır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat ve...