Bakıda dəmir yığan kişi 13 yaşlı oğlana təcavüz etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 47 yaşlı kişi 7-ci sinif şagirdi olan oğlana qarşı cinsi zorakılıq edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib.
Qəsəbə ərazisində metal qablar yığmaqla məşğul olan şəxs metal qəbulu köşkündə olarkən, 2010-cu il təvəllüdlü oğlanı çağıraraq telefonuna baxmasını xahiş edib. Azyaşlı onun telefonuna baxandan sonra 47 yaşlı kişi azyaşlıya əxlaqsız təklif edib. O, bunun müqabilində oğlana pul da təklif edib. 47 yaşlı kişi 15 manat verməklə uşağa cinsi zorakılıq edib.
Bir müddətdən sonra azyaşlı yenidən metal köşkünün qarşısında olarkən, Ramil adlı həmin şəxs uşağa pul qarşılığında eyni təklifi edib. Bu proses bir neçə ay davam edəndən sonra azyaşlının valideynləri hadisədən xəbər tutub və polisə müraciət ediblər.
Polisin keçirdiyi əməliyyat nəticəsində 47 yaşlı Ramil saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə o, 2 il 6 ay azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Yevlaxda yol qəzasında iki nəfər ölüb
Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 27-də rayonun Qaraoğlan...