Bakıda təqsirləndirilən şəxslərin hüquqularını pozan polis cəzalandırıldı
24
okt
2016
15:19
Bakıdakı polis idarələrindən birinin vəzifəli əməkdaşı cəzalandırılıb. BAKU.WS "Report”a istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin rəisi polis mayoru Erol Əliyevə işində verdiyi nöqsanlara görə töhmət verilib.
Belə ki, araşdırmalar zamanı Xəzər RPİ-nin İstintaq Şöbəsində aparılan cinayət işlərinin istintaqı zamanı təqsirləndirilən şəxslərin hüquqularının pozulduğu, istintaq hərəkətlərinin icrası zamanı qanun pozuntularına yol verildiyi məlum olub.
Qeyd edək ki, E.Əliyev Xətai rayon prokuroru Yusif İldırımzadənin bacısı oğludur.
BAKU.WS
Oxşar xəbərlər
Ramil Usubov iki bölməyə rəis təyin etdi
Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub. "Report”un xəbərinə görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsinin (PB) rəisi, p...