Bakıda klinika rəhbərini televiziyada reklam etmək adı ilə aldatdılar

31
okt
2018
10:58
Bakıda stomatoloji klinikanın rəhbərinə qarşı dələduzluq edilib.BAKU.WS trend-ə istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib.
Nizami rayonu, Balakişiyev küçəsi, 55 ünvanında yerləşən stomatoloji klinikanın təsisçisi Muradov Məmməd Qəhrəman oğlu Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinə müraciət edərək bildirib ki, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Məmmədəliyev Anar Bilal oğlu klinikanı televiziyada reklam etdirmək üçün ondan 700 manat alaraq mənimsəyib.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda 18 yaşlı gəlin itkin düşüb
Bakıda gəlin itkin düşüb. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.Xətai rayonu G.Şıxlinski küçəsi, ev 59-da...