Bakıda evdən qadının skeleti tapıldı - 2 il əvvəl ölüb
25
fev
2019
10:13
Bakıda qadın skeleti tapılıb.BAKU.WS-in “Qafqazinfo”ya istinadla verdiyi xəbərə görə, fevralın 24-ü saat 13 radələrində Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yaşayan 1951-ci il təvəllüdlü Abdurəhimova Umuyətin üzərində zorakılıq əlamətləri olmayan skeletlənmiş meyiti tapılıb. Onun skeleti mənzilin mətbəxə keçid hissəsində aşkarlanıb. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Meyitin müayinə olunması üçün ekspertiza təyin olunub. Qonşular bildirib ki, U.Abdurəhimovanı sonuncu dəfə iki il əvvəl görüblər və onun Dağıstana getdiyini eşidiblər. Umuyət Abdurəhimova uzun müddət 102 saylı “JEK”də süpürgəçi işləyib, daha sonra təqaüdə çıxıb. Məlumata görə, onun Bakıda yaxın qohumu yoxdur.Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Bakıda yarımçıq tikilidə kişi meyiti tapılıb
Bakıda meyit tapılıb. Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.Rayonun Ş.Mehdiyev küçəsi 97 ünvanında yerləşən yarımtikili...