Bakı-Balakən sərnişin qatarı yolda qalıb
11
avq
2018
14:00
Bakıdan Balakənə hərəkət edən sərnişin qatarı yolda qalıb. BAKU.WS "report"a istinadən xəbər verir ki, buna səbəb avqustun 10-da axşam saatlarında Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən hissəsindəki dəmir yolu xəttinin sel suları nəticəsində yararsız hala düşməsidir.Ona görə də dünən axşam Bakıdan çıxan və bu gün səhər saatlarında Balakən stansiyasına çatmalı olan qatar Qax rayonu ərazisindəki Kötüklü stansiyasında dayanıb. Qatardakı sərnişinlər isə avtobuslarla Qax, Zaqatala və Balakən rayonlarına göndərilib.Hazırda dəmir yolunda təmir işləri aparılır və qatarın öz hərəkətini bərpa etməsi üçün tədbirlər görülür.BAKU.WS
Oxşar xəbərlər
Tibilisi-Bakı qatarı yolda qaldı - ELEKTRİK KƏSİLİB
Dünən axşam saat 20:35-də Tbilisidən Bakıya yola düşən sərnişin qatarı hələ də Bakıya çatmayıb.BAKU.WS lent.az-a istinadən bildirir ki, qatar təxminən 4 saatlıq...