AzTV-də polis ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ölüb

08
yan
2022
15:58
Bakıda polis əməkdaşı ehtiyatsızlıqdan açdığı atəş nəticəsində dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, hadisə bu gün günorta saatlarında “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV) baş verib.
QSC-nin Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadənin xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Nəticədə Y.İnqilabzadə hadisə yerində dünyasını dəyişib.
Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Trend-ə təsdiqləyib.
Araşdırma aparılır.

Oxşar xəbərlər
Baş Prokurorluq: "Polisin ölümü ilə bağlı araşdırmalar aparılır"
Sumqayıt Şəhər Prokurorluğunda polis əməkdaşı Rahib Mütəllimovun ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölümü ilə bağlı araşdırmalar aparılır. Bu barədə BAKU....