Azərbaycana 12 sm qar yağdı

21
apr
2018
14:45
Ölkə ərazisinə aprel ayı qar yağıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən BAKU.WS-ə əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində aprelin 20-dən 21-i səhərədək hava şəraiti qeyri-sabit olub, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub.Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-10, Kiçik Qafqazda 12-36, Mərkəzi-Aran rayonlarında 1-10, Böyük Qafqazda 1-8, Qazax-Gəncə zonasında 1-11, Naxçıvan MR-da 1-4, Lənkəran-Astara zonasında 1 mm təşkil edib.Qar örtüyünün hündürlüyü Qırızda 12, Xınalıqda 10, Dəstəfürçay Qaraqollarda (Daşkəsən), Gəncəçay Alaxançallıda (Daşkəsən) və Şahdağda 5 sm olub.Nihat HÜSEYNZADƏBAKU.WS
Oxşar xəbərlər
Şahdağda qarın hündürlüyü 41 sm-ə çatıb
Martın 12-si gündüzdən 13-ü səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində...
