Azərbaycanda kişi 11 yaşlı uşağa təcavüz etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafa sakini 11 yaşlı Türkiyə vətəndaşına təcavüz edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Qırılı kəndində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü Vüsal Abasov həmin kənddə məskunlaşan 2013-cü il təvəllüdlü N.A.-ya qarşı seksual xarakterli hərəkətlər edib.
Belə ki, Türkiyə vətəndaşı olan N.A.-nın atası Türkiyə vətəndaşı, anası isə Ağstafa rayon sakinidir. 2020-ci ildə N.A.-nın atası vəfat etdiyindən o, anası ilə Azərbaycana köçüb və Ağstafada yaşamağa başlayıb.
2024-cü ildə kənd sakini V.Abasov N.A.-nın anasının işə getdiyini görüb onun yaşadığı evə gedib. V.Abasov 11 yaşlı qızın evdə tək olmasından istifadə edərək ona qarşı zor tətbiq edib. Daha sonra o, azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edib. Azyaşlının qışqıracağını görən V.Abbasov hadisə yerindən qaçıb.
N.A. hadisə barədə anasına məlumat verib. Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat zamanı V.Abasov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə V.Abasov 15 il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Yevlaxda yol qəzasında iki nəfər ölüb
Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 27-də rayonun Qaraoğlan...