Ağdaş sakinindən qanunsuz saxladığı odlu silah götürülüb
27
mar
2023
13:15
Ağdaş sakinindən qanunsuz saxladığı odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
Keçirilən tədbir zamanı rayonun Aşağı Ləki kənd sakini Elim Abdullayevdən müvafiq sənədləri olmayan “Toz” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gədəbəydə qanunsuz saxlanılan ov silahları müsadirə edilib - FOTO
Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alın...