SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə koronavirus səbəbilə keçirilən onlayn dərs ailə faciəsinə səbəb olub.

BAKU.WS xəbər verir ki, Konyada müəllim olan cütlük - Dəniz və Mustafa Bayram evlərində canlı dərsə qoşulacaqları üçün övladlarını bir mərtəbə yuxarıda yaşayan dayəyə etibar ediblər.

20 aylıq Kumsal adlı körpə ana-atası dərs keçən zaman dayənin 7-ci mərtəbədəki evinin eyvanından yıxılıb. Dərhal təcili yardıma xəbər verilsə də, həkimlər onu xilas edə bilməyiblər. Faciənin baş verməsinə  səbəb isə dayənin körpəni otaqda bir anlıq tək qoyması olub.

Nəzarətsiz qalan qız eyvana çıxaraq binadan yıxılıb. 

BAKU.WS