Qəzaya uğrayan avtomobilin sürücüsü zərbədən yol kənarına düşərək ölüb - FOTO

Qəzaya uğrayan avtomobilin sürücüsü zərbədən yol kənarına düşərək ölüb - FOTO
Foto
Hadisə 4060

Bakının Sabunçu rayonu ərazisində şəhər istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil digər minik maşınına dəydikdən sonra hərəkətdə olan “KamAZ” markalı yük avtomobilinə, daha sonra isə yol kənarında olan dəmir arakəsmələrə çırpılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, nəticədə “Mercedes” markalı avtomobildə olan sürücü, avtomobildən çıxaraq bir neçə metr kənara düşüb və hadisə yerində dünyasını dəyişib. Avtomobilin sərnişinləri isə yüngül bədən xəsarətləri alıb.

“KamAZ” markalı yük avtomibilinin və digər minik maşının sürücüləri xəsarət almayıb.

Hadisə yerinə polis və Təcili Tibbi Yardım əməkdaşları gəlib.

Yolda qısa müddətlik tıxac yaranıb.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Son xəbərlər