Məşhur gitara ifaçısını öldürən oğlunun GÖRÜNTÜLƏRİ - VİDEO

Xəbər verdiyimiz kimi, məşhur gitara ifaçısı Nöfəl Süleymanov oğlunun ov tüfəngindən açdığı atəş nəticəsində dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, atasını ehtiyatsızlıqdan güllələyən 17 yaşlı Şövqinin fotoları ortaya çıxıb.
Qeyd edək ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 12 radələrində 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan "Escot" markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyyəsinə dəyib, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Qalereya
Oxşar xəbərlər
Prokurorluqdan tanınmış musiqiçinin öldürülməsilə bağlı RƏSMİ AÇIQLAMA
Sentyabrın 8-də, saat 12.00 radələrində Nofəl Süleymanlının paytaxtın Nizami rayonu ərazisində yaşadığı evdə odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsar...
