SİZİN REKLAM BURADA!
055 213 76 73


Müsavat Partiyasının qərargahından 2500 manat dəyərində 2 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edib. 

BAKU.WS Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunan, 1994-cü il təvəllüdlü Toğrul Babayev saxlanılıb. Oğurlanan əmlak maddi sübut kimi aşkar olunaraq götürülüb. 

Cinayət əməlində şübhəli bilinən digər şəxsin tutulması istiqamətində əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

BAKU.WS