Bu gün Şəbnəm Tovuzlunun xalası oğlu intihar edib. Hadisə “Pasyolka” deyilən yaşayış massivində, İsaq Cəfərov küçəsi bina 10-da baş verib.

BAKU.WS xəbər verir ki, müğənni bununla bağlı “big.az”a açıqlama verib:

"Hazırda Gəncədəyəm. Xalam oğlunun 22 yaşı vardı. Özümüz də dəqiq bilmirik nədən intihar edib. Dostları ilə arasında mübahisə olub.

Hazırda çox pisəm. Sözlərimi necə ifadə edim, bilmirəm. 22 yaşlı ağıllı, tərbiyəli uşaq idi. Allah pis adamlara lənət eləsin".

BAKU.WS