Bakıda kişi döyülərək tanınmaz hala düşüb

02
avq
2020
12:22
Bakıda döyülmə hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, 1982-ci il təvəllüdlü Əliyev Camal Fərhad oğlu qonşusu tərəfindən döyulərək ağır bədən xəsarətləri alıb. Başından aldığı zərbə ilə qan itirən və sifəti tanınmaz hala düşən yaralı təcili yardımın köməkliyi ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb, müayinə zamanı onun üz və təpə-ənsə nahiyəsində çoxsaylı zərbələr aşkarlanıb.
Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda DƏHŞƏT - Ata dilənmək istəməyən 11 yaşlı oğlunu başından bıçaqladı - FOTO
Bakıda bıçaqlanma hadisəsi baş verib. BAKU.WS report-a xəbər verir ki, hadisə Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində qeydə alınıb. Belə ki, bu küçədə yaş...