Ermənilərin atdığı mərmi Yuxarı Öysüzlü kənd sakininin həyətinə düşdü

Ermənilərin atdığı mərmi Yuxarı Öysüzlü kənd sakininin həyətinə düşdü
Hadisə 478

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun yaşayış məntəqələrinə və bölmələrimizin mövqelərinə iriçaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə atəş açarkən mərmilərdən biri Yuxarı Öysüzlü kəndində Raqif Qasımovun həyətinə düşüb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, zərbənin gücündən R.Qasımova məxsus evin şüşələri sınıb.

Ev sahibi “Report”a açıqlamasında bildirib ki, hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.

“Həmin vaxt uşaq həyətdə oynayırdı”, - o, əlavə edib.

Qeyd edək ki, iyulun 12-dən başlayaraq ermənilər Tovuz istiqamətində atəşkəsi pozmaqda davam edir.

Son xəbərlər