SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan silahlı qüvvələri bu dəqiqələrdə Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı mövqelərindən silahlı qüvvələrimizin mövqelərini atəşə tutmağa başlayıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hazırda iri çaplı silahlardan və artilleriya qurğularından silahlı qüvvələrimizin mövqeləri atəşə tutulur.

Son məlumatlara görə, erməni təxribatının qarşısının alınması istiqamətində silahlı qüvvələrimizin hərbçiləri tərəfindən cavab zərbəsi endirilir.

BAKU.WS