SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Goranboyda evdə partlayış olub.

BAKU.WS Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 29-da saat 08 radələrində Bakı şəhər sakini Nadir Mehralıyevin Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsindəki kirayədə yaşadığı evdə təbii qazın sızmasından ani partlayış baş verib.

Nəticədə evin dam örtüyündə və divarlarında çatlar əmələ gəlib, pəncərə və qapı şüşələri sınıb, yanıq xəsarəti alan N.Mehralıyev, arvadı Nailə, qızları Gülcəmal və Solmaz xəstəxanaya yerləşdiriliblər.
 
BAKU.WS