Sumqayıtda küçəyə çıxan koronavirus xəstəsinə cinayət işi başlanıldı - VIDEO

Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) və Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Sumqayıt şəhərinin inzibati ərazisində qanunsuz olaraq yaşadığı evi tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər Kotec qəsəbəsində yaşayan 1963-cü il təvəllüdlü Kərimov İbrahim Ramazan oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağırılıb.
Qeyd edək ki, Kərimov İbrahim Ramazan oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Şəxs polisin nəzarətinə götürülüb.
Oxşar xəbərlər
Sevdiyi qızla dalaşdı, xalası oğlunu öldürdü
Bakıda sevdiyi qızın xalası oğlu İslam Hüseynovu öldürməkdə təqsirli bilinən Göyçay rayon sakini, 1995-ci il təvəllüdlü İbrahim Sadıqovun cinayət işi üzrə məhkə...
