Baş həkimin oğlu avtomobillə 2 nəfəri vuraraq öldürdü - FOTO

07
iyl
2020
14:23
Sabirabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, “Mercedes” markalı avtomobil 2 piyada qadını vurub.
Hər iki qadın hadisə yerində ölüb.
Sabirabadda iki nəfərin ölümünə səbəb olan qəzanı törədən avtomobilin sürücüsünün kimliyi məlum olub.
"Mercedes" markalı avtomobilin sürücüsü Kamran Nəsirlidir.
Qeyd edək ki, K. Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur.
Qalereya
