SİZİN REKLAM BURADA!
055 213 76 73


Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində keçirilən reydlər zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görüb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, şöbə əməkdaşlar keçirdiyi tədbirlərlə xüsusi karantin qaydalarını pozaraq rayon ərazisinə istirahət məqsədi ilə gələnlər aşkarlanaraq məsuliyyətə cəlb olunublar.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələniblər.

Qayda pozan şəxslər arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahətə gələnlər də olub.

Bu istiqamətdə tədbirlər Qusar RPŞ-nin əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcək.

BAKU.WS
QALEREYA